Ermənilər Kəlbəcəri atəşə tutdu - MN

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Kəlbəcəri atəşə tutdu - MN

Rəsmi

24 Avqust 2021 17:18 1061


Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. pizza

"Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - MN-in məlumatında bildirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!