Ermənilər kimə səs verəcəklər: Köçəryana, yoxsa Paşinyana?   - YENİ SORĞU

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər kimə səs verəcəklər: Köçəryana, yoxsa Paşinyana? - YENİ SORĞU

Rəsmi

06 İyun 2021 15:38 20701


Amerika İctimai Fikir İnstitutu (“Gallup”) tərəfindən Ermənistanda növbəti sorğu keçirilib.

Yenisabah.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, sorğuda vətəndaşlardan “Bu bazar seçki olsa kimə səs verərdiniz?” soruşulub.

Sorğuda iştirak edənlərin 13,4%-i  seçkidə iştirak etməyəcəklərini bildiriblər.  Pepperoni pizza

Keçirilən sorğunun nəticələri aşağıdakı kimi olub:

22,4% – Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına

20,6% - Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokuna

4,2% – Qaqik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasına

3,9% – Serj Sarkisyanın rəhbərlik etdiyi “Mənim Şərəfim Var” blokuna

2,9% – “İşıqlı Ermənistan” partiyasına

2,1% – Aram Sarkisyanın (Vazgen Sarkisyanın qardaşı) rəhbərlik etdiyi “Respublika” partiyasına

Digər partiyalar və bloklar 2%-dən də az səs toplayıb.

Məlumat üçün bildirək ki, “Gallup”-ın bir həftə əvvəl keçirdiyi sorğunun nəticəsi aşağıdakı kimi olub:

22,9% – Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına

17,5% - Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokuna

3,8% – Qaqik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasına

2,8% – Aram Sarkisyanın (Vazgen Sarkisyanın qardaşı) rəhbərlik etdiyi “Respublika” partiyasına

2,7% – Serj Sarkisyanın rəhbərlik etdiyi “Mənim Şərəfim Var” blokuna

2,3% – “İşıqlı Ermənistan” partiyasına

 

/Yeniavaz.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!