Ermənilər Laçında Azərbaycan əsgərini şəhid etdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Laçında Azərbaycan əsgərini şəhid etdi

Rəsmi

03 Avqust 2022 11:46 2239


Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. 

Bu barədə "Yeni Sabah"a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Toyuqlu pizza

Bildirilib ki, bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir!

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!