Ermənilər məşhur “İstisu” sanatoriyasını viran qoyub – Ən son foto

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər məşhur “İstisu” sanatoriyasını viran qoyub – Ən son foto

Siyasət

01 Fevral 2020 09:47 1274


Ermənilər işğal altındakı Kəlbəcər rayonu ərazisində yerləşən məşhur “İstisu” sanatoriyasının son görüntülərini yayımlayıb.  

"Yeni Sabah" Ermənistan KİV-nə istinadən xəbər verir ki, uzun illər ərazidə qızıl yataqlarını və mineral su ehtiyatlarını istismar edən düşmən tərəfi Sovet İttifaqı dövründə yaradılmış bütün infrastukturu viran qoyub.

Xatırladaq ki, işğalı altındakı "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya salınmışdı. pizza

Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu su dünyada məşhur olan Çexiyanın məşhur Karlovı-Varı bulaqları ilə oxşardır və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir. /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!