Ermənilər növbəti dəfə özlərini gülünc vəziyyətə salıblar

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər növbəti dəfə özlərini gülünc vəziyyətə salıblar

Hadisə

03 Noyabr 2020 17:33 3568


Ermənistan mətbuatı və sosial şəbəkələri növbəti dəfə özlərini gülünc vəziyyətə salıblar.

Yenisabah.az xəbər verir ki, son günlər erməni mətbuatı və sosial şəbəkələrində saxta "qədim Ermənistan krallığı" xəritəsinin fotoları yayılmaqdadır. Sözgedən xəritədə Mingəçevir Su Elektrik Stansiyası (SES) da yer alıb. Qonşu dövlət xəritəni qədim olduğunu iddia etsə də, onlar SES-in 1950-ci ildə yarandığını unudublar.

Azərbaycanın ən mühüm enerji obyektlərindən biri olan Mingəçevir SES hələ 1950-ci illərdə Kür çayı üzərində inşa olunub. Həmin yerdə sahəsi 600 kv.km-dən çox olan elektrik stansiyasında enerji istehsalını təmin edən su anbarı yaradılıb. O, təkcə Azərbaycanı elektrik enerjisi ilə təmin etmir, həm də Rusiya, Gürcüstan, İran və Türkiyəyə enerji ixrac etməyə imkan verir. Sezar pizza

Maraqlıdır, 70 illik SES necə qədim abidəyə çevirilib və “qədim erməni xəritəsi”ndə yer alıb?

Bu, ermənilərin iddialarının ən azı "qədim erməni krallığı" xülyası qədər absurd və gülünc olduğunu göstərir. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!