Ermənilər ordumuzdan kömək istədi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər ordumuzdan kömək istədi - VİDEO

Hadisə

24 Noyabr 2020 14:33 1698


Dünən Azərbaycan ordusunun üçrəngli şanlı bayrağımızı qaldırdığı Ağdamın Gülablı kəndində məskunlaşmış ermənilər qalan əşyalarını çıxarmaq üçün hərbçilərimizdən kömək istəyiblər.

Bununla bağlı görüntüləri Baku TV əldə edib. Görüntülərdən aydın olur ki, hərbçilərimiz onlara müvafiq qaydada yardım edirlər.

Videogörüntülər Azərbaycan hərbçilərinin döyüş meydanında göstərdiyi yüksək peşəkarlıq, yenilməzliklə yanaşı, insan faktoruna verdiyi yüksək dəyəri, mülki əhaliyə qarşı mərhəmətini ortaya qoyur. Dördpendirli pizza

Bu, həm də onu sübut edir ki, ordumuz düşmənə qarşı mübarizədə hərbi hədəflərdən başqa, heç bir mülki infrastrukturu nişan almayıb. Azərbaycan öz torpaqları uğrunda haqq mübarizəsi apararaq, inamlı qələbə qazanıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!