Ermənilər övladlarını Qarabağa göndərməkdən imtina edirlər

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər övladlarını Qarabağa göndərməkdən imtina edirlər

Dünya

22 Dekabr 2020 10:39 827


Erməni valideynlər övladlarını Qarabağa hərbi xidmətə göndərməkdən imtina edirlər

“Bizim hərbi xidmətə göndərəcək uşağımız yoxdur. Bizim uşaqlarımızın gedib, qayıtmasının məsuliyyətini kim daşıyacaq: hərbi komissar, yoxsa mer?”

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın Qarabağ bölgəsində hərbi xidmət keçmək üçün evlərinə çağırış vərəqəsi göndərilən gənclərin valideynləri bildirib. Dördpendirli pizza

Ermənistanın Müdafiə Nazirliyi Qarabağda hərbi xidmət keçmək üçün ölkə vətəndaşlarına çağırış göndərir. Sakinlər bu çağırışı etirazla qarşılayır.

Məlumata görə, 3 gün əvvəl Ermənistanın Kotayk vilayətinin Çarensavan rayonunda çağırış paylayanlarla sakinlər arasında toqquşma da olub. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!