Ermənilər Paşinyanın istefasını tələb edir

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Paşinyanın istefasını tələb edir

Dünya

04 Dekabr 2020 14:55 769


Ermənistan əhalisinin təxminən yarısı hesab edir ki, Baş nazir Nikol Paşinyan istefa verməlidir.

Yenisabah.az erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə sosial sorğular üzrə ixtisaslaşmış “Gallup” təşkilatının Ermənistan üzrə təmsilçisi Aram Navasardyan keçirdiyi mətbuat konfransında bildirib.

Ermənistanın bütün vilayət və şəhərlərini əhatə edən sorğu noyabrın 25-dən dekabrın 2-nə qədər telefon vasitəsilə keçirilib. pizza hut

"Paşinyan hazırda nə etməlidir?” sualına rəyi soruşulanların 38 faizi cavab verib ki, Baş nazir fəaliyyətini davam etdirməlidir, 45 faiz isə hesab edir ki, o istefa verməlidir”, - deyə Navasardyan qeyd edib.

2020-ci ilin iyulunda “Gallup”un keçirdiyi sorğuya Paşinyanı əhalinin 85 faizi dəstəkləyirdi. Göründüyü kimi artıq dekabrda bu rəqəm 38 faizə düşüb.

Navasardyan deyib ki, oktyabrın 26-da Baş nazirin canlı yayımda Ermənistanın güzəştə getməli olduğunu bildirməsi və noyabrın 9-da təslimçi sazişə imza atması onun reytinqinin sürətlə düşməsinə səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!