Ermənilər Xocalının bu kəndindən köçürülür

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Xocalının bu kəndindən köçürülür

Rəsmi

16 Mart 2022 11:36 2142


Qarabağın sülhməramlıların nəzarətində olan hissəsindəki Xocalı rayonunun Pirlər (Xramort) kəndinin əhalisi köçürülüb.

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bu barədə qondarma rejim nümayəndələri məlumat verib.

Məlumatda qeyd olunur ki, kənd əhalisinin bir hissəsi - uşaqlar, qocalar və yaşlılar kənddən çıxarılıb. pizza hut

Qeyd edək ki, son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə qanunsuz erməni silahlıları atəşkəsi pozmaqda davam edirlər.

Onlar Xocalı rayonunun Pirlər və Fərrux kəndləri istiqamətindən mövqelərimizi atəşə tuturlar.

Xatırladaq ki, ötən gün Xocalı rayonu Pirlər kəndi ərazisində səngər qazmağa cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinin bu cəhdinin qarşısı alınmışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!