Ermənilər Qarabağda yenə istehkam qurur? 

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Qarabağda yenə istehkam qurur? 

Rəsmi

21 İyul 2022 13:10 2525


“Azərbaycanın qarşıdakı hədəfi məhz Zəngəzurdur”.

Bunu Yenisabah.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. 

Bildirək ki,  Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan  sentyabra qədər Ermənistandan olan çağırışçıların Qarabağdan çıxarılacağını bildirib. O, qeyd edib ki, Qarabağ ordusunun özünü müdafiə dəstələri öz fəaliyyətlərinə davam edəcək. Dominos pizza

Zaur Məmmədov deyib: “Görünür ki, həmin “özünümüdafiə” dəstələri Azərbaycan ordusu qarşısında guya ki, istehkam sədləri qurmağı hədfləyir. Ermənistanın bu cür hərəkətləri nə ilkdir, nə də son.

Azərbaycan ordusunun qarşısında nə ermənilər, nə də rus sülhməramlıları maneə ola bilməz. Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycanın tanınan hissəsidir. Heç bir dövlətin orada istehkam tikməyə və ordu yerləşdirməyə hüququ yoxdur. Heç şübhəsiz ki, əgər rus sülhməramlıları onların bu cür fəaliyyətlərinə göz yumacaqsa, növbəti dəfə Rusiya Müdafiə Nazirliyi ilə Azərbaycanın münasibətləri ciddi şəkildə pozula bilər”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan hər zaman verilən vədləri yerinə yetirib: “Qarşı tərəfdən də bu vədlərin yerinə yeirilməsini gözləsək də, ciddi şəkildə fikir ayrılıqlarının oduğunu müşahidə edə bilərik.

Düşünürəm ki, Azərbaycan-Rusiya-Türkiyə danışıqlarını yaxın vaxt ərzində yenə görəcəyik. Tehranda baş tutan Ərdoğan və Putin danışıqlarından sonra heç də təsadüfi deyil ki, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Türkiyə və Rusiyalı həmkarları ilə telefon danışıqları edib. Bu özü-özlüyündə ona dəlalət edir ki, ortada mühüm bir hadisələr var.

Əslində, Ermənistanın qaydaları pozması yalnız və yalnız özlərinin gələcək taleyi üçün ziyandan başqa bir şey deyil. Onların apardıqları bu siyasət nə qədər paradoksal səslənsə də Azərbaycanın lehinədir. Onların belə hərkətləri Azərbaycan ordusuna şərait yaradır ki, qayda-qanunun pozulmasını bəyan edərək mühüm addımlar atsın. Əminəm ki, eyni hadisələri biz qərbi Zəngəzurda da görə bilərik”.

Politoloq bildirib ki, Ermənistan mediasında nəinki Qarabağın dağlıq hissəsi, hətta Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı və Zəngilan belə qədim işğal edilmiş erməni torpaqları kimi qələmə verilir:

“Qeyd etmək istəyirəm ki, onların Azərbaycan torpaqlarına olan iddiası Ermənistan üçün çox ağır nəticələnəcək. İlkin mərhələdə qərbi Zəngəzurun Azərbaycanın tərkib hissəsinə birləşdirilməsindən söhbət gedəcək. 1921-ci ildə həmin torpqaqlar Ermənstana qeyri-şərtsiz şəkildə verilib. Bu beynəlxalq hüquqa zidd bir addım idi. Biz mütləq şəkildə bu məsələni ədalətli şəklildə bərpa edəcəyik.

Azərbaycanın qarşıdakı hədəfi məhz Zəngəzurdur. Bəzi dövlətlər isə Türkün ədalətinin mütləq şəkildə bərpa ediləcəyin yaxşı bildiklərindən çox narahatdırlar”.

Nəsimi Ələsgərli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!