“Ermənilər Qarabağdan çıxacaq, biz azərbaycanlılardan asılı olacağıq”   - Saqatelyan

saytların hazırlanması

Evə çatdırılma

“Ermənilər Qarabağdan çıxacaq, biz azərbaycanlılardan asılı olacağıq” - Saqatelyan

Rəsmi

10 İyun 2022 13:19 2365


“Biz Laçını itirəcəyik”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Məclisinin vitse-spikeri, müxalif “Daşnaksutyun” partiyasının üzvü İşxan Saqatelyan deyib.

O, Laçın dəhlizinə alternativ olan yolun çəkilməsini Laçının itirilməsi kimi qiymətləndirib: pizza

“Stepanakertə (Xankəndi - red.) dolama yol çəkilir və o yol istifadəyə verilsə, bu o deməkdir ki, biz Berdzor (Laçın – red.) rayonunu, o cümlədən Ağavno (Zabux – red.) və bəzi erməni kəndlərini və ən əsası bütün kommunikasiyalarımızı tamamilə itirəcəyik. Bu ərazilər azərbaycanlıların nəzarəti altında olacaq. Bu o deməkdir ki, biz tamamilə azərbaycanlılardan asılı olacağıq və bu ermənilərin hamısının Qarabağdan çıxacaq. Proses buna doğru gedir. Ermənistan Qarabağı tamamilə itirir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!