Ermənilər Qarabağı könüllü tərk edəcək?

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Qarabağı könüllü tərk edəcək?

Rəsmi

02 İyul 2021 16:39 5247


Son günlər Ermənistanda siyasi ekspertlər Qarabağ ermənilərinin Xankəndini könüllü şəkildə tərk edəcəkləri ilə bağlı fikirlər səsləndirir. Səbəb olaraq isə Azərbaycanın işğaldan azad olunan ərazilərdə, xüsusilə də Kəlbəcərdə ciddi abadlıq işləri aparması göstərilir. Onların sözlərinə görə, bu proseslər Xankəndidə su probleminin yaşanmasına gətirib çıxarır ki, ermənilər də susuzluğa çox dözməyəcək.

“Qarabağın bütün su resursları hazırda Azərbaycanın əlindədir.  Xüsusən Xankəndinin içməli suyu Kəlbəcər mənbələrindən gəlir. İndi Azərbaycan bu boruları bağlayır. Doğurdan da, onlar ermənilərə hansı səbəbə görə su göndərsin ki?! Bir az da belə davam etsə, ermənilər bu şəhərdən könüllü olaraq çıxaraq oranı Azərbaycana buraxacaqlar”,-deyə erməni ekspert Nairi Oxikyan qeyd edib.

Məsələni Yenisabah.az-a şərh edən Ümid Partiyasının sədri İqbal Ağazadə isə səsləndirdiyi bu fikirlərin heç də inandırıcı olmadığını, sadəcə məzlum görüntü yaradaraq dünyadan yardım almağa hesablandığını vurğulayıb: Sezar pizza

“Onların könüllü şəkildə Xankəndindən çıxması, Qarabağı tərk etməsi inandırıcı deyil. Çünki uzun illərdir onlar bu məsələlər üzərində spekulyasiya edirlər ki, dünya ictimaiyyətinin diqqətini cəlb edərək daha çox yardım alsınlar, mövqe qazansınlar”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!