Ermənilər qorxu içindədir: “Azərbaycan Ordusu Cermukun 10 kilometrliyindədir“

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər qorxu içindədir: “Azərbaycan Ordusu Cermukun 10 kilometrliyindədir“

Rəsmi

07 İyun 2021 11:11 1464


“Bəli, bu əclaflar illərlə Ermənistanda dinc yaşaya bilmək üçün Qarabağın Azərbaycana verilməli olduğunu deyiblər. Qarabağ onlar üçün bir daşdı, boyunlarına asılmış böyük bir daş”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistanın eks-prezidenti Serj Sarkisyan hazırkı Ermənistan hakimiyyətindən danışarkən deyib.

"Biz onlara izah etməyə çalışırdıq ki, Qarabağda xidmət edərkən Cermuk da daxil olmaqla Ermənistandan çağırılan əsgərlər yalnız Qarabağın sərhədlərini deyil, həm də Ermənistanı qoruyur. Lakin anlamırdılar. İndi isə hər kəs bundan əmindir. Xüsusilə Sünikdə, Geğarkunikdə yaşayan vətəndaşalar. Artıq Azərbaycan Ordusu Cermukdan 10 kilometr məsafədədirlər. Bu biabırçılıq deyilmi? Belə bir şey nə vaxt baş verdi? Onlar bundan 10 dəfə daha uzaq idilər. İstədiyimiz budurmu? Kim təminat verir ki, bu 10 kilometr 2 kilometrə çevrilməyəcək? Problem hələ bitməyib. Bu yalançılar, kapitulyatorlar hakimiyyətdə qaldıqca istənilən an hansısa sürpriz baş verə bilər”,-deyə eks-prezident əlavə edib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!