Ermənilər qorxuya düşüb: Hərbi kontingentin artırılmasını istəyirlər

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər qorxuya düşüb: Hərbi kontingentin artırılmasını istəyirlər

Rəsmi

08 İyun 2021 12:06 918


Ermənistanın “Üçüncü qüvvə” Vətəndaş Təşəbbüsünün sədri Artak Tovmasyan Rusiya Federasiyasının prezidenti Vladimir Putinə müraciət edib.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, Tovmasyan Rusiya rəhbərliyindən Ermənistan-Azərbaycan sərhədindəki hərbi kontingentin artırılmasını xahiş edib.

“Təəssüf ki, Rusiyanın istifadə etdiyi ziddiyyətli tərəflərin barışıq siyasəti hər zaman istənilən və tez nəzərə çarpan nəticələr vermir. Bununla birlikdə, Azərbaycanla münaqişəmizin sülh yolu ilə həll olunacağına ümidimizi itirmirik”, - deyə erməni siyasətçinin müraciətində qeyd olunur. pizza

Bunun ardınca Artak Tovmasyan sərhədin delimitasiya və demarkasiyası məsələsi ilə bağlı Azərbaycana qarşı əsasız iddialar səsləndirir.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!