Ermənilər Sərdar Ortacı “öldürdü”

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Sərdar Ortacı “öldürdü”

Dünya

22 Oktyabr 2020 14:32 3809


Hərbi müstəvidə məğlubiyyətini həzm edə bilməyən Ermənistan artıq ağılagəlməz yalanlara əl atıb. 

Yenisabah.az xəbər verir ki, Ermənistanın İctimai Radiosunun rəsmi internet səhifəsində Azərbaycan Ordusunun canlı qüvvəsinin itkilərinin sayı barədə infoqrafik məlumat və foto yerləşdirilib. Məlumatın saxta olduğu elə həmin fotodan bəlli olur. 

Çünki fotoda Azərbaycan əsgəri kimi təqdim edilən şəxslər Türkiyənin məşhur müğənnisi Sərdar Ortaçla aktyor Kaan Girgindir. Foto adıçəkilən şəxslər 20 il əvvəl Sivasda pullu hərbi xidmət keçərkən çəkilib. Marqarita pizza

Yeri gəlmişkən, Sərdar Ortaç bu yaxınlarda “Lazım gələrsə Azərbaycan üçün həbri xidmətə gedərəm” açıqlaması ilə gündəmə gəlmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!