Ermənilər şokda: Türk hərbçiləri Ermənistana girib?

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər şokda: Türk hərbçiləri Ermənistana girib?

Dünya

01 Mart 2021 09:02 713


Sosial şəbəkələrin erməni seqmentində yayılan növbəti xəbər düşmən ölkədə yenə də böyük xof yaradıb.

Axar.az xəbər verir ki, “Livenyus.am” teleqram kanalı guya Türkiyə xüsusi təyinatlarının 13 nəfərdən ibarət qrupunun Gürcüstan ərazisindən Ermənistana daxil olduğunu bildirib. İddia edilib ki, qrupa 3-cü səhra ordusunun əməliyyat şöbəsi, hərbi kəşfiyyat, planlaşdırma və kəşfiyyat koordinasiya şöbəsinin nümayəndələri daxildir. Guya türk komandoslar Ermənistanın Baş Qərargah rəisi və orduda xüsusi rol oynayan generalları zərərsizləşdirəcək.

Yayılan məlumatlarla bağlı artıq Ermənista Milli Təhlükəsizlik Şurası açıqlama verərək, sözügedən iddiaların yalan olduğunu deyib: Dominos pizza

“Türkiyə xüsusi təyinatlarının Ermənistana gəlməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bunu təkzib edərək həmvətənlərimizi dezinformasiyaya uymamağa, sayıq olmağa və yoxlanılmamış məlumatlardan uzaq durmağa səsləyirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!