Ermənilər Sus kəndini boşaltdı

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Sus kəndini boşaltdı

Rəsmi

21 Avqust 2022 20:44 2942


İşğal zamanı Laçının Sus kəndində məskunlaşan ermənilər kəndi tərk ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə kənd icmasının rəhbəri Mxitar Nersisyan erməni mediasına açıqlamasında deyib.

O bildirib ki, kənddə cəmi 12 ailə yaşayırdı, onlar hamısı artıq Ermənistana gedib: Pepperoni pizza

“Yalnız bircə nəfər qalıb, o da yaxın günlərdə kənddən çıxacaq. 11 ailə Ermənistanda yaşamaq istəyir, yalnız bir ailə Xankəndiyə köçmək istəyini bildirib. Hazırda kənddə elektrik enerjisi, rabitə əlaqə yoxdur, hamısını kəsiblər”.

İcma rəhbəri deyib ki, köçənlər özləri ilə ölülərinin sümüklərini də aparıblar:

“Sakinlər əvvəlcə evlərini yandırmaq istəyirdilər, sonra fikirlərindən daşındılar. Yalnız kəndə bitişik olan sahələri yandırdılar”.

Qeyd edək ki, Laçın şəhəri və Laçın yolunun üzərində olan Sus və Zabux kəndləri 25 avqusta qədər Azərbaycan Ordusuna təhvil verilməlidir./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!