Ermənilər tapdığı meyitlərin son sayını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər tapdığı meyitlərin son sayını açıqladı

Hadisə

15 Dekabr 2020 08:59 1286


Noyabrın 13-dən bu yana aparılan axtarışlar nəticəsində döyüş meydanında 828 erməni hərbçisinin cəsədi tapılıb. 

Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Qarabağdakı qondarma rejimin “Fövəqladə Hallar Xidməti”nin sözçüsü Hunan Tadevosyan bildirib.

O əlavə edib ki, son 3 gündə hər hansı axtarış aparılmayıb. Tadevosyanın sözlərinə görə, bu Hadrut bölgəsində və Şuşa iqtiqamətində atəşkəsin pozulması ilə əlaqədardır. pizza

Xatırladaq ki, erməni silahlıları Hadrut və Şuşa istiqamətində atəşkəsi pozub. Azərbaycan tərəfinin keçirdiyi anti-terror əməliyyatı nəticəsində silahlılar geri oturdulub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!