Ermənilər təşvişdə: “Laçını təhvil verməyin“

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər təşvişdə: “Laçını təhvil verməyin“

Rəsmi

23 İyun 2022 16:49 1293


Ermənistanda bir neçə ictima-siyasi xadim Nikol Paşinyan hökumətinə Laçının Azərbaycana təhvil verilməməsi tələbi ilə bəyanat göndəriblər.

Yenisabah.az “Hraparak”a istinadla xcəbər verir ki, “Artsaxın müdafiəsində” adlı təşəbbüsün üzvləri bəyanatda qeyd edirlər:

“Son vaxtlar Ermənistanı “Artsaxa” (Qarabağ – red.) birləşdirən yeganə etibarlı və zəmanətli nəqliyyat marşrutu olan Gorus-Berdzor (Laçın – red.)-Stepanakert (Xankəndi – red.) avtomobil yolundan keçən dəhliz məsələsi ictimai müstəvidə fəal müzakirə obyektinə çevrilib. Bizə onun “alternativi” olan başqa bir yoldan istifadə etmək imkanı təqdim olunur. pizza sifarişi

"Artsaxın müdafiəsində" təşəbbüsü Ermənistan və "Artsax"ın qarşılıqlı əlaqəsini təmin edən həmin dəhlizin hər hansı coğrafi və ya status dəyişikliyini qəbuledilməz hesab edir. Eləcə də bunu “Artsax” və Ermənistan arasında fiziki rabitənin pozulması təhlükəsi kimi qiymətləndirir və bu, "Artsax"da yaşayan erməni soydaşlarımızın məhv edilməsi anlamına gəlir.

Qeyd edək ki, Ermənistanın Baş nazirinin və Rusiya ilə Azərbaycan prezidentlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı ilə Azərbaycan Respublikası Laçın dəhlizi ilə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yük maşınlarının təhlükəsizliyinə zəmanət verib. Hər hansı yeni marşrutun tikintisi yalnız tərəflərin razılığı ilə həyata keçirilə bilər və Ermənistan tərəfi üçün indiki “Gorus-Berdzor-Stepanakert” marşrutundan başqa bir marşrut heç bir halda məqbul sayıla bilməz”, – deyə bəyanatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!