Ermənilər virusu da fürsət bildilər...

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər virusu da fürsət bildilər...

Rəsmi

31 Mart 2020 10:16 474


Dünya koronavirus pandemiyasına qarşı mücadilə verdiyi bir vaxtda Ermənistan yenə də çirkin niyyətlərindən əl çəkmir. 

Yenisabah.az xəbər verir ki, Dağlıq Qarabağ sepratçıları İrəvanın dəstəyi ilə martın 31-də “prezident və parlament” seçkiləri keçirmək niyyətindədir. Tarixin martın 31-i seçilməsi də təsadüfi deyil. Bu tarix Azərbaycanda soydaşlarımızın soyqırım edilməsi kimi yadda qalıb. Hər il martın 31-i 1918-ci ildə ermənilərin kütləvi şəkildə qətlə yetidiyi soydaşlarımızın anım günü kimi qeyd edilir.

İndi dünya koronavirus soyqırımına məruz qalmaqdadır. Amma ermənilər yenə də azərbaycanlılara hansısa formada zərbə vurmağı, torpaqlarını işğal etmələri, Dağlıq Qarabağda qanunsuz respublika yaratmaları azmış kimi xalqımızın hisslərinə də toxunmağı düşünür. pizza hut

Bu seçkilərin dünya birliyi tərəfindən legitim sayılmayacağını ermənilər də bilir. Artq Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb. 

“Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində 2020-ci il martın 31-də keçirilməsi planlaşdırılan qondarma “prezident və parlament” seçkiləri Dağlıq Qarabağda beynəlxalq hüquqa zidd olan mövcud rejimin birtərəfli qaydada qanuniləşdirilməsi cəhdinin bir nümunəsidir. Bu addım BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərar və qətnamələri də daxil olmaqla beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”, - deyə bəyanatda bildirilir.

Daha sonra qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsindəki görüşlərin keçirildiyi bir dövrdə işğal altındakı torpaqlarda saxta “seçkilər” təşkil olunması sülh yolu ilə uzunmüddətli həllə yönəldilən cəhdlərə zərbə vuran bir təhrikdir:  “ATƏT-in Minsk qrupu daxil olmaqla beynəlxalq ictimaiyyəti bu “seçkiləri” tanımamağa çağırırıq.

Türkiyə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yeni bir pozuntu təşkil edən bu qanunsuz “seçkiləri” tanımır. Türkiyə ATƏT-in Minsk qrupunun üzvü olaraq Dağlıq Qarabağ münaqişəsinə ədalətli və uzunmüddətli həll axtarılması cəhdlərini dəstəkləməkdə davam edəcək”.

Siyasi ekspertlərin fikrincə, əvvəlki seçkilər kimi bu dəfəki seçki tamaşası da ermənilərin gözlədiyi effekti verməyəcək. Əksinə, İrəvan indi dünyada bütün konfliktlərə demək olar ki, ara verildiyi, bəşəriyyəti təhdid edən koronavirus infeksiyası ilə mübarizə aparıldığı, insanlığın önə çıxdığı bir dönəmdə belə bir addım atmaqla bölgədə sülh və sabitliyi təhdid edən aqressor olduğunu bir daha ortaya qoymuş olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!