Ermənilər Xankəndini niyə tərk edir?

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Xankəndini niyə tərk edir?

Rəsmi

01 Avqust 2021 15:23 5434


Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı müvəqqəti nəzarət zonasında qalan separatçı rejimin nümayəndələri erməni əhalisinə müraciət ediblər.

Yenisabah.az xəbər verir ki, bir gün əvvəl Xankəndinin erməni əhalisi arasında Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin şəhərə girməsi ilə bağlı məlumat yayılıb. Bu məlumat sosial şəbəkələrdə də geniş əks-səda doğurub.

Şəhəri tərk etmək qərarına gələn yüzlərlə Qarabağ ermənisi arasında dolaşan şayiələrə əsasən, Şuşa şəhəri yaxınlığında baş vermiş atışma separatçı administrasiyanın bir hissəsinin Azərbaycanın qanuni hökuməti ilə əməkdaşlığa hazır olduğunu bildirməsi ilə nəticələnib. Dördpendirli pizza

Lakin separatçı administrasiyanın nümayəndəsi Hunan Tadevosyan əhalini sakitləşdirməyə tələsib və onları yeni həyata – Şuşa və Xankəndi ətrafında tez-tez atışmalara alışmağa çağırıb.

Tadevosyan deyib ki, Xankəndində kiçik bir polis qrupunun zabitləri gecə-gündüz növbədədir. 

Ancaq erməni mətbuatının yazdığına görə, Tadevosyanın çıxışı şəhər əhalisini daha da təşvişə salıb. Və sosial şəbəkələrdə hələ də şəhərə daxil olan Azərbaycan Ordusunun bölmələri haqqında məlumat verirlər.

/modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!