Ermənilər Xocalı ərazisində dağ-mədən müəssisəsi tikməyə başladı... - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Xocalı ərazisində dağ-mədən müəssisəsi tikməyə başladı... - Fotolar

Rəsmi

25 Sentyabr 2021 18:33 4752


Qəsbkar Ermənistan və Xankəndidəki separatçı-terrorçu erməni rejimi Azərbaycan Respublikasının Rusiya sülhməramlı hərbi kontingentinin himayəsi ilə nəzarətdə saxladıqları hissəsinə qanunsuz tikinti və abadlıq işlərini davam etdirirlər.  

Yenisabah.az xəbər verir ki, erməni nəşrlərininn yaydığı məlumata görə, işğalçılar Xocalı rayonunun  “Xaçen” adlandırdıqları  Seyidbəyli kəndində dağ-mədən müəssisəsi tikməyə başlayıb. 

“ “Narane Gold" şirkəti təxminən 4 aydır ki, bir mədənçıxarma müəssisəsi üçün binanın tikintisinə start verib. Müəssisə iki korpusdan ibarət olacaq. Birinci binanın işlərinin 3 aya başa çatdırılması planlaşdırılır. Burada müxtəlif mədən metallarının çıxarılması və emalı ilə məşğul olunacaq. İkinci korpus isə təxminən 6 ay ərzində istifadəyə veriləcək, burada artıq tam işlənmiş məhsullar əldə ediləcək. Müəssisədə bir neçə növ əlvan metal, eləcə də tikinti materialları istehsal olunacaq ”,-“Narane Gold ”şirkətinin icraçı direktoru Armen Sarkisyan erməni  müxbirlərə açıqlamasında bildirib. Pepperoni pizza

A.Sarkisyan onu da əlavə edib ki, mədən müəssisəsi binasının tikintisini vaxtında başa çatdırmaqdan ötəri müxtəlif işlərin görülməsi üçün təcili olaraq inşaat qrupuna ehtiyac var.

/Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Samir Kamilo
    Dövlətimiz hara baxır? Niyə imkan verirlər? Niyə qanuni tədbir görmürlər? Niyə sanksiya tədbirləri görmürlər? Niyə bu niyə erməni maraqlıların red:(guya sühməramlıla) özbaşnalığına göz yumurlar? Hanı dəmir yumruq?
    5 years ago