Ermənilər Xocalıda tələ minalar basdırıb - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Xocalıda tələ minalar basdırıb - FOTOLAR

Maraqlı

23 Sentyabr 2022 12:10 949


Xocalıda erməni hərbi birləşmələri tərəfindən basdırılmış tələ-mina aşkarlanıb. 

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir. Toyuqlu pizza

Erməni hərbi birləşmələri tərəfindən Xocalı rayonu istiqamətində basdırılmış Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minalarından ibarət beş ədəd tələ-mina aşkar edilib.

Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!