Ermənilər yalan xəbərlə baş qatır: Təyyarəmiz vurulmayıb

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər yalan xəbərlə baş qatır: Təyyarəmiz vurulmayıb

Kriminal

02 Noyabr 2020 17:54 1039


Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın növbəti döyüş təyyarəsinin “vurulması” barədə xəbər dezinformasiyadır.

Müdafiə Nazirliyindən "Yeni Sabah"a daxil olan xəbərdə bildirilir ki, nə qədər gülməli səslənsə də Ermənistan tərəfinin məlumatlarına inanaraq döyüş əməliyyatları başlayan gündən indiyədək “vurulan” təyyarələrin sayını hesablasaq artıq Azərbaycan HHQ-nin aviabazalarında bir dənə də olsun uçuş aparatı qalmamalı idi.

Bildiririk ki, Azərbaycan HHQ-nin bütün döyüş aviasiya vasitələri bu gün heç bir uçuş həyata keçirməyib, tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!