Ermənilər yenə sərhəddə təxribat törətdi -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər yenə sərhəddə təxribat törətdi - RƏSMİ

Rəsmi

08 Mart 2020 18:46 799


Bu gün saat 14:00 radələrindən başlamaqla Azərbaycan-Ermənistan döv­lət sərhədinin Qazax ra­yo­nunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntə­qələrimiz Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndi yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutul­ub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Yeni Sabah"a daxil olan məlumata görə, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­qeləri cavab atəşi ilə susdurulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!