Ermənilər yenə silaha əl atdı: Daşkəsən və Kəlbəcər atəşə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər yenə silaha əl atdı: Daşkəsən və Kəlbəcər atəşə tutuldu

Maraqlı

20 Oktyabr 2022 09:16 817


Oktyabrın 19-u saat 22:35-dən oktyabrın 20-si saat 00:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub. 

Bu barədə Yenisabah.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. pizza sifarişi

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!