Ermənilər yenə silaha əl atdı: Ordumuz düşməni susdurdu

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər yenə silaha əl atdı: Ordumuz düşməni susdurdu

Maraqlı

16 Dekabr 2022 15:30 955


Dekabrın 16-sı saat 12:00-dan saat 13:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam, Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. 

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, dekabrın 16-sı saat 13:05 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Toyuqlu pizza

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!