Ermənilər zabitimizi vurdu: Sərhəddə gərginlik

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər zabitimizi vurdu: Sərhəddə gərginlik

Hadisə

10 Aprel 2024 17:03 25707


Aprelin 10-da, saat 15:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən iki nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Yeni Sabah”a bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

Hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub. pizza mizza

Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.

Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vahid
    44 günlük müharibdən deyəsn dərs almayıblar, təzədən qırılmaq istəyirlər. Elə isə öz bəxtlərindən kəsməli olacaqlar. Dəmir yumruq yox, bu dəfə dəmir təpik işə düşəcək)))))
    2 years ago
  • Vahid
    44 günlük müharibdən deyəsn dərs almayıblar, təzədən qırılmaq istəyirlər. Elə isə öz bəxtlərindən kəsməli olacaqlar. Dəmir yumruq yox, bu dəfə dəmir təpik işə düşəcək)))))
    2 years ago