Ermənilər Zəngəzurda İranla sərhədi bağladılar -   Şok səbəb

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Zəngəzurda İranla sərhədi bağladılar - Şok səbəb

Siyasət

18 Noyabr 2024 10:18 1077


Erməni sürücülər Zəngəzurda Ermənistan-İran "Aqarak" sərhəd keçid məntəqəsini bağlayaraq avtomobillərin hərəkətinə icazə vermirlər.

Ölkə.Az xəbər verir ki, "Aqarak" keçid məntəqəsindən keçən avtomobillərin hərəkəti erməni yük maşınları tərəfindən kəsilib.

İran hakimiyyətinin Ermənistana qayıdarkən almalı olduqları dizel yanacağının qiymətini kəskin artırması barədə qərarı erməni sürücülərin qəzəbinə və kəskin etirazına səbəb olub. Dördpendirli pizza

Mövcud qaydalara görə, Ermənistanın ağır yük maşınları İrana boş çənlərlə daxil olur və dolu geri dönməlidir. 

Narazılıq həm də onunla bağlıdır ki, sərhəd nəzarəti vəsiqələri erməni dilinə tərcümə olunmadan yalnız fars dilində verilir.

Ermənistanın Dövlət Gəlirləri Komitəsi yaranmış durumla bağlı şərh verməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!