Ermənilərin Azərbaycan Ordusuna qarşı təxribatları davam edir.
Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.
Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. pizza sifarişi
Telegram kanalımız