Ermənilərin abidələrimizə vurduğu zərərin həcmi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin abidələrimizə vurduğu zərərin həcmi açıqlandı

Mədəniyyət

01 Fevral 2021 11:47 896


2014-2017-ci illərdə işğal altında olan ərazilərdəki tarix və mədəni abidələrin qiymətləndirilməsi zamanı dəyən zərər 88 milyard manat civarında hesablanıb. Lakin indi aparılacaq qiymətləndirmə zamanı bu məbləğin 88 milyard manatdan daha yüksək olacağı gözlənilir.

Yenisabah.az xəbər verir ki, bunu həmin monitorinq zamanı Nazirlər Kabineti yanında İtki və Tələfatların Qiymətləndirilməsi üzrə işçi qrupun üzvü kimi fəaliyyət göstərən, mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, o zamankı hesablamalar qiyabi monitorinq əsasında olub: Toyuqlu pizza

“Lakin indi hər bir abidəyə yerində baxış keçiriləcək. Bütün ərazilərdə layihə-smeta sənədlərinin işlənməsi başa çatdırıldıqdan sonra dəyən ziyanın məbləği daha dəqiq bilinəcək”.

F.İsmayılov əlavə edib ki, Şuşada abidələrlə bağlı aparılan monitorinq artıq yekunlaşıb. Amma Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda monitorinqlər qismən aparılıb və hazırda da davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!