Ermənilərin Ağdamda gizli saxladığı bunker tapıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin Ağdamda gizli saxladığı bunker tapıldı - Video

Rəsmi

28 Sentyabr 2021 20:07 2370


İşğaldan azad olunan Ağdam rayonunda ermənilərin təşkil etdiyi gizli bunker aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, Xəzər TV həmin bunkerdən videomaterial hazırlayıb.

Videoda bunkerin raket və artilleriya zərbələrinə qarşı xüsusi üsullarla necə möhkəm hazırlanması şərh edilib. Marqarita pizza

Ordumuzun Ağdamdan hücum edəcəyini düşünən mənfur düşmən sözügedən bunker üçün elə yer seçib ki, oradan ətraf ərazilərimizi də daim təhlükə altında saxlaya bilərdilər.

Belə ki, bunkerin üçüncü mərtəbəsində, yəni ermənilərin müşahidə məntəqəsi adlandırdıqları yerdən nəinki Ağdamın digər kəndləri, hətta qonşu rayonların əraziləri də açıq şəkildə görünür.

Daha ətraflı bunkerdən çəkilən görüntüləri izləyin:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!