Ermənilərin atəşi nəticəsində Daşkəsən rayonunda başlayan güclü yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, döyüş zonasından kənarda yerləşən Daşkəsən rayonu ərazisinin Ermənistan Respublikasının ərazisindən mərmi atəşlərinə məruz qalması nəticəsində mürəkkəb relyefli meşəlik ərazidə yanğın baş verib. Yanğının söndürülməsi məqsədilə əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional meşə təsərrüfatı mərkəzinin əməkdaşlarının səyi nəticəsində yanğın söndürülərək geniş sahəyə yayılmasının və sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.
Ümumilikdə, təqribən 10 hektara yaxın sahədə quru ot, kol-kos və qismən ağaclar yanıb. pizza sifarişi
Telegram kanalımız