“Ermənilərin atəşkəs çağırışları riyakarlıqdır” -   Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Ermənilərin atəşkəs çağırışları riyakarlıqdır” - Deputat

Siyasət

12 Oktyabr 2020 16:17 1661


“İşğalçı Ermənistan terrorçu siyasət yürütdüyünü, çirkin əməllərini, terror cinayətlərini pərdələməyə çalışması heç bir fayda verməyəcək. Düşmənin iç üzü, məkrli xisləti, sülhdən, haqq-ədalətnən nə qədər uzaqda olduğu açıq-aydın ortadadır”.

Bu barədə Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. O qeyd edib ki, Ermənistanın humanitar atəşkəs razılığından dərhal sonra Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını raket atəşinə tutması işğalçı hökumətin hərbi-siyasi rəhbərliyinin vandallığının, barbarlığının növbəti bariz göstəricisi oldu:

“Hadisə yerindən yerli və xarici media nümayəndələrinin yaydığı foto və video görüntülər ermənilərin növbəti yalanlarını ifşa etdi. Eyni zamanda bəşəriyyət ermənilərin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını gördü. Dünya xalqları gördülər ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların əlavə protokollarına, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərinə məhəl qoymur. İşğalçı Ermənistan Azərbaycanın dinc əhalisini qəsdən, məqsədyönlü şəkildə hədəfə almaqda, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirən Ermənistan dinc insanları və şəhərləri atəşə tutması ilə barbarlığını təsdiq etdi”. pizza sifarişi

Deputat deyib ki, Ermənistan Gorus, Sisian, Vardenis, Cermuk və Berd şəhərlərindən, təmas xəttindən kənarda yerləşən və mülki əhalinin sıx məskunlaşdığı Azərbaycan əraziləri məqsədyönlü şəkildə raket hücumlarına məruz qalır: “Düşmən törətdiyi cinayətləri həyasızcasına xarici kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərləri tirajlamaqla qanunsuz əməllərini təkzib etməyə cəhdlər göstərir. Regionda sülh və sabitliyə ciddi təhlükə yaradan işğalçı erməni hakimiyyətinin təxribatçı əməllərininin şahidi olan dünya, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı yönələn işğalçılıq siyasəti kəskin şəkildə qınamalı, gözünü qan örtən Ermənistanı beynəlxalq hüquq, humanitar öhdəliklərinə əməl etməyə məcbur etməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!