Ermənilərin atıb qaçdığı silah-sursat -   Video

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin atıb qaçdığı silah-sursat - Video

Kriminal

09 Mart 2021 15:56 952


Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda erməni hərbi birləşmələrinin atıb qaçdığı silah-sursatın qısa zaman kəsiyində aşkar edilərək təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.

Növbəti belə tədbir zamanı Füzuli RPŞ-nin əməkdaşları tərəfindən erməni hərbi birləşmələrinə məxsus 6 ədəd avtomat, 2 ədəd pulemyot, 3 ədəd qumbaraatan, 1 ədəd tank əleyhinə raket kompleksi, 4 ədəd əl qumbarası, 726 ədəd müxtəlif növ mərmilər və alışdırıcıları, 8420 ədəd müxtəlif çaplı patronlar, avtomat daraqları və lüləsi aşkar edilərək götürülüb. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!