Respublikaçı Alternativ Partiyasının (REAL) qurucu üzvü, deputat Erkin Qədirli Los-Anceles və Brüsseldə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliyə münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, deputatın fikrincə, ermənilərin bu addımları onların xeyrinə olan arqumentlərin əsassız olduğunu ortaya qoyub.
“Ermənilərin xaricdəki etirazçılarımıza hücumları, toplaşmaq azadlıqlarından yararlanan dinc soydaşlarımızı döymələri, özü də bunu demokratik ölkələrdə etmələri, "ermənilər demokratik olmayan Azərbaycanda yaşamaq istəmirlər", "öz soydaşlarının haqlarını pozan hökumət erməniləri necə qoruya biləcək" sayağı arqumentlərin nə dərəcədə yersiz və boş olduğunu aydın göstərdi. Pepperoni pizza
Əslində, anlayanlar üçün bu arqumentlər heç zaman tutarlı olmayıb. Sadəcə, onlara sadəlövhcəsinə inananlar var deyə yazdım. Ermənilərin bizdən istədikləri demokratiya deyil, torpaqdır. Başlanğıcdan belə olub. Demokratiya önəmlidir, onu qurmalıyıq. Burası öz yerində. Amma demokratiya ilə Qarabağın qaytarılması arasında bağlantı qurmamalıyıq. Bunlar iki və ayrı strateji məqsədlərdir”,- deyə Erkin Qədirli bildirib.
Deputat əlavə edib ki, xaricdə baş verənlər məhz ermənilərin barışa hazır olmadıqlarını, barışı istəmədiklərini göstərdi. “Bu, yaxşı oldu. Bundan sonra xaricdəki çevrələrə bunu anlatmaq asanlaşacaq. Dahası var. Biz münaqişənin ərazi münaqişəsi olduğunu deyirdik, düz də edirdik. Ermənilər isə göstərdilər ki, onlar üçün bu, etnik münaqişədir. Bu da yaxşı oldu. Xaricdəkilərə mövqeyimizi anlatmaq üçün əlimizə əlavə arqumentlər keçdi. İşləmək lazımdır. Təmkinlə! Yaxşı işlər yavaş görülür”, - deyə deputat vurğulayıb.
Telegram kanalımız