Ermənilərin boks yalanı üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin boks yalanı üzə çıxdı

İdman

07 Aprel 2021 20:52 1024


Ermənistan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Aram Manukyan ermənilərin Azərbaycanla bağlı dediyi yalanları üzə çıxarıb.

Yenisabah.az xəbər verir ki, o Ukraynanın Xerson şəhərində SSRİ çempionu Nikolay Manqerin şərəfinə keçirilmiş beynəlxalq turnirdə Azərbaycan millisinin ermənilərlə döyüşməkdən çəkindikləri ilə bağlı yazılanları şayiə adlandırıb.

Federasiya rəsmisi bildirib ki, Azərbaycan millisi ümumiyyətlə bu yarışa qatılmayıb. Komandamızın idmançıları arasında koronavirusa yoluxma halı olduğundan, Ukraynadakı yarışa gedə bilməyib. Pepperoni pizza

Qeyd edək ki, “Telegram”ın erməni kontingenti iki çəki dərəcəsində azərbaycanlı idmançıların püşkatmada ermənilərlə düşməsinə görə yarışda iştirak etmədiyini yazıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!