Ermənilərin daha bir alçaq niyyəti: Dairəni günişləndirmək cəhdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin daha bir alçaq niyyəti: Dairəni günişləndirmək cəhdi

Siyasət

13 Oktyabr 2020 17:52 1539


Hərbi müstəvidə məğlub duruma düşən Ermənistan Cənubi Qafqaz regionunu qan gölünə çevirmək istəyir. Yenisabah.az xəbər verir ki, bu alçaq niyyət Ermənistan rəsmilərinin açıqlamalarında özünü qabarıq büruzə verir.

Dağlıq Qarabağda başlanan yeni eskalasiyanın ilk günlərindən Ermənistan münaqişənin miqyasını genişləndirmək üçün təxribatçı açıqlamalarla çıxış edirlər. Ermənistan rəsmiləri xüsusilə Türkiyə ilə Rusiyanı üz-üzə qoymağa çalışır.

Türkiyənin guya Cənubi Qafqazda möhkəmlənmək üçün Qarabağda müharibəni alovlandırması, bölgəyə qoşun yeridməsi, muzdluları prosesə cəlb eləməsi və s. bu kimi açıqlamalarla Ankara ilə Moskva arasında konfrantasiya yaratmağa çalışırlar. Marqarita pizza

Bu günlərdə isə Dağlıq Qarabağdakı seprataçı rejimin rəhbəri Arayik Harutyunyanın müşaviri David Babayan deyib ki, Dağlıq Qarabağda yalnız “Artsax”ın, Ermənistanın və Ermənistan dövlətçiliyinin taleyi həll olunmur. “Burada həm də geniş geosiyasi məkanda gələcək güc tarazlığının taleyi həll olunur”, - deyə o əlavə edib.

Babayanın sözlərinə görə, bu məkana Zaqafqaziya, Şimali Qafqaz, Volqa bölgəsi, Orta Asiya, İran və Sincan daxildir. O hesab edir ki, Azərbaycan və Türkiyənin qarşısı alınmazsa bu geniş gesosiaysi məkan Rusiyanın əlindən çıxa bilər. “Əgər Türkiyə və Azərbaycan hədəflərinə çatacaqlarsa, onda Rusiya Zaqafqaziya, Şimali Qafqaz, Volqa bölgəsi və digər ərazilərdən sıxışdırılacaq və növbəti döyüş Kulikovo meydanında olacaq", - deyə o vurğulayıb.

Babayanın bu açıqlamasından görünür ki, məqsəd Rusiyanı müharibəyə cəlb etməkdir. Aaydındır ki, Azərbaycanın Dağlıq Qarabağ məsələsində hansısa geosiyasi məqsədləri yoxdur. Bakı sadəcə 30 ildən artıqdır işğal altında olan ərazilərini azad etmək istəyir. Azərbaycanla dost və qardaş ölkə olan Türkiyə isə bu məsələdə ona dəstək verir. Ermənilərin iddia etdiyi ki, nə Bakı, nə də Ankara Cənubi Qafqazda hansısa güc mərkəzi formalaşdırıb Rusiyanı regiondan sıxışdırmaq niyyətində görünmür. Ermənistan sadəcə olaraq Cənubi Qafqazdakı maraqlı aktorları münaqişəyə cəlb edərək bütövlükdə regionu döyüş meydanına çevriməyə çalışır.  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!