Ermənilərin daha bir saxta sənədi ifşa olundu

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin daha bir saxta sənədi ifşa olundu

Dünya

03 Oktyabr 2020 13:34 3166


Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. Rəsmi məlumatlara görə, uğurlu əməliyyat nəticəsində bir neçə yaşayış məntəqəsi, hakim yüksəkliklər azad edilib. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvılərinin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Ermənistan tərəfinin yaydığı məlumatlardan da aydın şəkildə sezilir ki, Azərbaycan Ordusu cəbhə bölgəsində əzmlə irəliləyir və hazırda Qarabağda faktiki olaraq əməliyyat şəraitinə nəzarət edir.

Yeni Sabah” xəbər verir ki, bununla belə, Ermənistan hərbi müstəvidəki uğursuzluğunu pərdələmək üçün “fake news”lardan istifadə edir. Türkiyəyə məxsus F16 təyyarəsinin vurulması, Azərbaycanın muzdlu döyüşçülərdən istifadə etməsi barədə xəbərlər də bu qəbildəndir. Rəsmi İrəvan “fake news”ları müxtəlif platformalarda yayır, bununla beynəlxalq rəyi çaşdırmağa, Azərbaycanı şantaj etməyə, münaqişənin miqyasını böyütməyə və bölgədəki maraqlı oyunşuları Azərbaycan və Türkiyə ilə üz-üzə qoymağa çalışır. Lakin Ermənistanın bu cəhdləri də səmərə vermir. Baş nazir Nikol Paşinyan və komandası internet əsrində dezinformasiyaların faş edilməsinin an məsələsi olmasının fərqinə varmır. Yaxud da başqa çıxış yolu görmürlər. Bununla da Ermənistanı dövlət olaraq gülünc vəziyyətə salırlar.

Ermənilərin yeni saxta xəbərlərində biri də Suriyada Azərbaycana gətirilən döyüşçülər barədə “sənəd” üzə çıxarmalarıdır. Həmin “sənəd”  sosial şəbəkələrdə tirajlanıb. “Sənəd”də Türkiyə Müdafiə Nazirliyinin Baş qərargah rəisi Yaşar Gülərin azərbaycanlı həmkarı Nəcməddin Sadıqovdan Azərbaycan-Gürcüstan-Türkiyə-Tunis-Liviya istiqamətlərində və geri uçacaq təyyarə istədiyindən bəhs edilir. Pepperoni pizza

Yenisabah.az xəbər verir ki, araşdırmalar nəticəsində Yaşar Gülərinin imzasının saxta olduğu üzə çıxıb.

“Faktyoxla” media platforması yazır ki, 2016 -cı ildə Türkiyəli vəkil Fidel Okan Yaşar Gülər imzası olan gizli qrifi sənəd açıqlayıb. Yaşar Gülerin həmin sənədə atdığı imza digər sənədlərə atdığı imzadan fərqlənir.

Üstəlik, gizli sənəddə əslində 4 dəfə "Gizli" sözü yazılıb. Və gizli qrifi sənədlərdə üzərində kod olan möhürləri vurulur, ya da sadəcə kod yazılır. Bu, "Vİkilils" sənədlərindən də tanışdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!