Ermənilərin evindən niyə məşhurların şəkilləri tapılır?   - “Onlar müğənnilərimizin fanatıdır“

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin evindən niyə məşhurların şəkilləri tapılır? - “Onlar müğənnilərimizin fanatıdır“

Şou

23 Dekabr 2020 13:23 1589


Bir müddətdir işğaldan azad edilən torpaqlarımızdakı evlərdən azərbaycanlı məşhurların şəkilləri tapılır.

Sosial şəbəkələrdə yayılan görüntülərdə  əsgərlərimizin ermənilərin yaşadığı evlərdən Xalq artisti Aygün Kazımova, Brilliant Dadaşova, Nazpəri Dostəliyeva kimi məşhurların fotolarını tapdığı aydın görünür.  

Bu görüntülər sosial şəbəkələrdə sürətlə yayıldı və bəziləri tərəfindən birmənalı qarşılanmadı. Dördpendirli pizza

Məsələ ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşən Əməkdar artist Baloğlan Əşrəfov bunun normal hal olduğunu bildirib. Sənətçi ermənilərin məhşurlarımızın fanatı ola biləcəyini deyib:

“Müğənnilərimizin şəkillərinin erməni evlərindən çıxdığı xəbərlərini mən də eşitdim. Bilirsiniz, dünyanın bütün ölkələrində tanınmış müğənnilər var, hər şəxs kimisə bəyənə, səsini sevə bilər. Mənim də evimdə Ərəb Əmirliklərində  oxuyan müğənninin, yaxud İbrahim Tatlısəsin şəkilləri ola bilər. Şərq ölkələrindən, Hindistandan olan müğənnilərin diskləri mənim evimdə var. Bunu necə qiymətləndirmək olar ki? Mənim aləmimdə belə şeyi qınamaq düzgün deyil. Nə olsun, şəkildir də, evində saxlaya bilər. Bunun altında başqa nə yata bilər? Ələbbət ki, ermənilər bizim müğənnilərin fanatıdırlar. Bizim mahnılarımızı oğurlayıb oxuyurlar. Hansısa binamus, biqeyrət erməninin evindən bizim müğənnilərin şəkli çıxırsa buna müğənni nə etsin? Bəzən elə şeyləri ortaya atırlar ki, adam dəhşətə gəlir. Burada nə siyasi motiv, nə də cinayət tərkibli nəsə var. Ola bilər ki, onların səsi çox xoşlarına gəlib, fanatları olublar”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!