Ermənilərin Füzulidə atıb qaçdığı silah-sursat -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin Füzulidə atıb qaçdığı silah-sursat - Foto

Kriminal

12 Mart 2021 17:17 1254


İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan  Yenisabah.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı erməni hərbi birləşmələrinin ataraq qaçdığı 20 ədəd “SPİKE” markalı tank əleyhinə idarəolunan raket kompleksi, 2 ədəd “SPQ-9” markalı tank əleyhinə raket kompleksi, 11 ədəd müxtəlif markalı piyada əleyhinə raket kompleksləri, 2 ədəd qumbaraatan, 78 ədəd qumbaraatan mərmisi, 6 ədəd avtomat sandığı və 330 ədəd pulemyot güllələri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!