Ermənilərin Füzulidə istismar etdiyi mişar daşı yatağı -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin Füzulidə istismar etdiyi mişar daşı yatağı - Fotolar

İqtisadiyyat

28 Aprel 2021 14:59 1807


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin(ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Füzuli rayonu Dövlətyarlı kəndində istismar olunmuş “Dövlətyarlı mişar daşı” yatağına baxış keçirib.

Yenisabah.az xəbər verir ki, jurnalistlər əraziyə baxış keçirib, burada erməni vandalizminin şahidi olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov jurnalistlərə açıqlamasında Füzuli rayonundakı yataqların əksəriyyəti işğal dövründə istismar edildiyi deyib: "Dövlət və sahə balanslarında qeydiyyata alınmış 6 faydalı qazıntı - 2 mişar daşı, 1 qum-çınqıl, 2 gil və 1 yeraltı su yatağı mövcud olub". Pepperoni pizza

O bildirib ki, işğaldan azad olunan ərazilərdə 167 ədəd qeyri-filiz və inşaat materialları qeydə alınıb. (APA)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!