Ermənilərin Gəncə terroru nəticəsində  iki uşaq anası görmə qabiliyyətini itirdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin Gəncə terroru nəticəsində  iki uşaq anası görmə qabiliyyətini itirdi

Hadisə

25 Oktyabr 2020 14:02 929


Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutması nəticəsində iki uşaq anası görmə qabiliyyətini itirib.

Yenisabah.az "Report"a istinadla xəbər verir ki, bir neçə gün əvvəl düşmənin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ağır yaralananlardan biri də 26 yaşlı iki uşaq anası Pərvin Qasımovadır. O, şəhərə atılan raket nəticəsində uçmuş evinin dağıntıları altında qalıb və hər iki gözündən ağır xəsarət alıb.

P.Qasımova hadisə zamanı evdə tək olmayıb, onun iki körpəsi və anası da dağıntılar altında qalıb. Xoşbəxtlikdən körpələr ciddi xəsarət almayıb. pizza hut

Həmin günü çox acı xatirə kimi qiymətləndirən P.Qasımova ermənilərin günahsız insanlara qarşı etdikləri bu vəhşiliyini pisləyib.

Qeyd edək ki, P.Qasımovanın müalicəsi yerləşdirildiyi xəstəxanada davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!