Ermənilərin geriyə yolu yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin geriyə yolu yoxdur

Hadisə

15 Noyabr 2020 13:38 810


Güllə səsi eşidilmədən, şəhid vermədən torpaqları düşməndən azad etmək bəşər tarixində çox az olub

Yenisabah.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov deyib.

O vurğulayıb ki, Qarabağ müharibəsində qələbəmizi özündə əks etdirən üç tərəfli razılıq mərhələli şəkildə icra olunmaqdadır: Dördpendirli pizza

"Müəyyən olunmuş bölgəyə sülhməramlılar dislokasiya olunmuş, hərbi əməliyyatlar dayandırılmışdır. Razılığa əsasən 15 noyabrda Kəlbəcər rayonu Azərbaycana təhvil verilir. Güllə səsi eşidilmədən, şəhid vermədən torpaqları düşməndən azad etmək bəşər tarixində çox az olmuşdur. Bu gün bu reallıqıdr və bu reallığı yaradan Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər ordumuzdur. Kəlbəcər azad olunur. Qaçqınlarımızın Kəlbəcər intizarına son qoyulur. Bu böyük qələbədir və xalqımız buna layiqdir. Amma burda təəssüfləndirici hal odur ki, ermənilər öz vandallığından əl çəkmirlər. Özləri ilə nə qədər mümkündür əmlaklarını aparırlar, yerdə qalanını isə yandırıb məhv etməklə ekologiyanı zəhərləyirlər. 90-cı illərdə azərbaycanlılar qaçqın-köçkün düşəndə evlərini qıfıllayıb heç nə götürmədən evlərini tərk etmişdilər. Burda bir incəlik də var ki, biz evlərimizi tərk edəndə qıfıllayıb çıxmışdıq ki, torpağımıza qayıdacağıq. Ermənilər torpağımızı işğal etmişdilər və evləri tərk edəndə bilirlər ki, onların geriyə yolu yoxdur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!