Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilir.
Yenisabah. az xəbər verir ki, Baş Prokurorluq bununla bağlı vətəndaşlara müraciət edib. Müraciətdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.
Baş Prokurorluq həmçinin ermənilərin İkinci Qarabağ savaşı dönəmində törətdikləri insanlıq əleyhinə cinayətlərlə bağlı Azərbaycan və ingilis dillərində infoqrafika hazırlayıb. İnfoqrafikanı təqdim edirik: Marqarita pizza
Telegram kanalımız