Ermənilərin KTMT-yə münasibəti: Təşkilatın loqosu İrəvanda zibil qutularına yapışdırıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin KTMT-yə münasibəti: Təşkilatın loqosu İrəvanda zibil qutularına yapışdırıldı - Foto

Hadisə

30 May 2021 22:56 1550


Erməni ikiüzlülüyü növbəti dəfə özünü büruzə verib.

Yenisabah.az xəbər verir ki, bir müddət əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) kömək üçün yalvaran ermənilər bu dəfə özlərinin də üzv olduqları qurumun loqosunu Irəvanda zibil qutularına yapışdırıblar. Onlar təşkilatın Azərbaycanla sərhəd münaqişəsi zamanı Ermənistanı dəstəkləməməsindən narazı olduqlarını bildirib və mövqelərini ancaq özlərinə yaraşan təhqiredici bir üsulla nümayiş etdiriblər.

Qeyd edək ki, bu, KTMT-yə qarşı Ermənistanda atılan ilk təhqiredici və alçaldıcı addım deyil. Hələ 2018-ci ildə təşkilatın baş katibi Yuri Xaçaturov İrəvanda nümayişkəranə şəkildə həbs olunmuş, sonradan girov müqabilində sərbəst buraxılmışdı. Dominos pizza

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!