Ermənilərin “müqəddəs ata”sı ordumuz tərəfindən zərərsizləşdirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin “müqəddəs ata”sı ordumuz tərəfindən zərərsizləşdirildi - Foto

Hadisə

28 Oktyabr 2020 19:14 2981


Azərbaycan Ordusu 31 yaşlı Qeqard Hovannisyan adlı ön cəbhədə vuruşan keşiş hərbçini yaralayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə xəbəri Ermənistan mətbuatı Tavuş yeparxiyası tərəfindən verilən məlumat əsasında yayıb.

Məlumatda bildirilir ki, ermənilərin “müqəddəs ata”sı 2016-cı ildəki dörd günlük aprel döyüşlərində də iştirak edib. Həmçinin, Hovannisyanın əmisi oğlunun daha əvvəl Azərbaycan Ordusu ilə döyüşdə məhv edildiyi bildirilib. pizza hut

Qeyd edək ki, Qriqoryan kilsəsi dəfələrlə sülhə çağırış edən açıqlamalar yaysa da, erməni din xadimlərinin müharibədə fəal şəkildə iştirak etdiyinə dair məlumatlar və faktlar var. Bu fakt da onlardan biridir.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!