Ermənilərin PUA mərkəzi belə məhv edilib - Video

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin PUA mərkəzi belə məhv edilib - Video

Hadisə

13 May 2023 13:06 2253


Ermənistan Silahlı Qüvvələri hücum və kəşfiyyat PUA-larını idarə etmək üçün mərkəz kimi mülki avtomobildən istifadə edib.

Yenisabah.az xəbər verir ki, "Caliber"in əldə etdiyi kadrlardan görünür ki, mayın 12-də erməni hərbi təxribatının qarşısı alınarkən videodakı avtomobil məhv edilib.

 Bu maşının dağılma anına diqqət yetirin - onun yanında mülki geyimli, qara gödəkçəli, partlayışdan sonra avtomobildən sürünərək uzaqlaşan bir adam var. Partlayış yerindən təşviş içində qaçan iki uniformalı erməni hərbçisindən fərqli olaraq, qara gödəkçəli şəxs peşəkar təmkin və bacarıq nümayiş etdirir - NATO standartlarına uyğun yüksək hazırlıq hiss etmək olar. Sezar pizza

 Bizdə olan məlumata görə, söhbət erməni hərbçilərinə PUA-lara kəşfiyyat və hücuma nəzarət etməyi öyrədən fransız hərbi təlimatçıdan gedir. Üstəlik, NATO hazırlığı olan bu cür “mülki” mütəxəssislər tək hal deyil, oxşar siqnallar şərti sərhədin digər hissələrindən də alınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!