"Qarabağda Rusiyanın məsuliyyət zonasında erməni separatçıların rəhbərlərindən biri olan Vitali Balasanyan növbəti dəfə "Artsaxın müdafiə ordusu"nu gücləndirəcəklərini qeyd edib. Kiçik bir ərazidə Azərbaycan tərəfindən dörd bir tərəfdən mühasirədə olan ermənilərin Qarabağda "güclü ordu" qurması mifdir".
Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, buradakı silahlı erməni birləşmələrinin lojistik təminatı və ağır silahlarla təchizatının Ermənistan tərəfindən həyata keçirilməsi mümkün olmayacaq: Marqarita pizza
"Artıq Ermənistan hökuməti orduya ayrılan vəsaiti azaldıb. Bu illər ərzində Qarabağdakı Ermənistan ordusu və buradakı separtaçıların silahlı birləşmələri Ermənistan büdcəsi üçün yük idi. Ona görə də Baş nazir Nikol Paşinyan orduya ayrılan vəsaiti azaltmaqla, həm də bundan sonra Ermənistan ordusunun modern qurulmasında maraqlı olamadığını ortaya qoydu. Baş nazir Nikol Paşinyanın orduya ayrılan vəsaiti azaltması Qarabağdakı silahlı erməni birləşmələrinin saxlanması üçün vəsaitin kəsilməsi deməkdir. Əgər, Ermənistan ordusuna maliyyə azaldılırsa, yeni silahların alınması təxirə salınırsa, separatçı Vitali Balasanyan qanunsuz silahlı erməni birləşmələrini necə gücləndirə biləcək?! Arxayındır ki, bunu Rusiya edə bilər. Amma, Türkiyə və Azərbaycan Rusiyanın bu addımlarının qətiyyətlə qarşısını almaq gücündədir. Bu kimi hallar müşahidə olunarsa, bu Rusiya üçün baş ağırısı ola bilər. Ona görə də Kreml buna gedə bilməyəcək".
Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanda ordunun təminatı və bundan sonra yeni müasir silahların alınması yüksək səviyyədə olamayacaq:
"Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə sülh müqaviləsinə getmək isətəyəcəksə, ilk növbədə iki ölkənin ərazi bütövlüyünü tanıyacaq.
Bundan sonra,Ermənistana güclü ordu lazım olmayacaq. Ona görə də Paşinyan orduya vəsiaiti azaltmaqla, Ermənistanı yeni bir mərhələyə aparamaq istəyir. Qarabağdakı silahlı erməni birləşmələrinin varlığına gəldikdə isə, bu istiqamətdə Azərbaycan hərəkətə keçməlidir".
Telegram kanalımız