Ermənilərin qətlə yetirdiyi 7 yaşlı qızla vida mərasimi keçirilib -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin qətlə yetirdiyi 7 yaşlı qızla vida mərasimi keçirilib - Fotolar

Hadisə

28 Oktyabr 2020 11:33 1471


Erməni silahlı birləşmələrinin Bərdə rayonunda yaşayış məntəqəsini raket atəşinə tutması nəticəsində həlak olan 2013-cü il təvəllüdlü Aysu İsgəndərova ilə vida mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, mərasim rayonun Qarayusifli kəndində, azyaşlının yaşadığı evdə keçirilir.

Xatırladaq ki, oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndində yaşayış evləri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub. Hadisə nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb. (Trend) pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!